Yəmənin Sədə vilayətinə olan hücumlarda 693 nəfər həyatını itirib
Avq 06, 2015 05:54 Asia/Baku
-
Yəmənin Sədə vilayətinə olan hücumlarda 693 nəfər həyatını itirib
Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Ərəbistanın Sədə vilayətinə olan hücumlarında indiyə kimi 693 nəfər , o cümlədən 293 uşaq həyatını itirib.
Yəmənin Sədə vilayətinin meri bildirib ki, Səudiyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin bu vilayətə olan hücumlarında, indiyə kimi 293-ü uşaq olmaqla 693 nəfər həlak olub.Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Sədə vilayətinin meri çərşənbə günü deyib: Bu hücumlar nəticəsində indiyə kimi 2 min nəfərdən çox adam da yaralanıb.
Digər tərəfdən, koalisiya qüvvələrinə aid qırıcı təyyarələr çərşənbə günü Yəmənə olan təcavüzlərinin davamında əl-Bəyza şəhərinin mərkəzi təhlükəsizlik bazasını habelə, şəhər merinin evini bombalayıblar.
Ali-Səud rejiminin qırıcıları isə dünən Yəmənin Təəz vilayətində bir yaşayış məntəqəsinə hücum edərək, bir ailənin üzvü olan 6 nəfəri qətlə yetiriblər. Təəz vilayətinin yerli rəsmilərindən biri bu barədə deyib: Ərəbistan qırıcıları çərşənbə günü əl-Vətinə Universitetinin yaxınlığında bir evi hədəfə alıblar. Nəticədə o evdə yaşayan insanlardan 6-sı həlak olub. Bu bombardman zamanı bir neçə nəfər də yaralanıb.
Bu məlumata görə, Ərəbistan qırıcıları həmçinin, çərşənbə günü Cəbəlül-Səbr yüksəkliklərində yerləşən Ərus bazasını habelə, Təəz şəhərində Sosial İnkişaf Fondunun yaxınlığında yerləşən Kəmb məntəqəsini bombalayıblar.
Ərəbistan və müttəfiqləri cari ilin mart ayının 26-dan istefada olan fərari prezident Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hücumlara başlayıb. Və hazırda Yəmən bütün istiqamətlərdən mühasirədədir.
Teqlər