Avq 08, 2015 19:25 Asia/Baku
  • Diri-diri yandırılan fələstinli körpənin atası şəhid oldu
    Diri-diri yandırılan fələstinli körpənin atası şəhid oldu

Fələstin mənbələri bir həftə öncə diri-diri yandırılan fələstinli körpənin atasının şəhid olmasından xəbər veriblər.

Əl-Əqsa telekanalı bildirib ki, sionist qəsəbə sakinləri tərəfindən törədilən yanğın zamanı diri-diri yanan fələstinli südəmər körpə Əli Dəvabişənin atası Səəd Dəvabişə də aldığı yaraların ağırlığı üzündən şəhid olub.
Sionist qəsəbə sakinləri təqribən bir həftə öncə Qərb Sahilində bir fələstinlinin evini bilərəkdən yandıaraq, 18 aylıq körpə olan Əli Dəvabişənin diri-diri yanmasına səbəb olmuşdular. Bu hadisə zamanı ailənin digər üzvləri də müxtəlif dərəcəli xəsarətlər almışdılar.
Fələstinli körpə uşağın sionist qəsəbə sakinləri tərəfindən diri-diri yandırılması dünya ictimaiyyəti tərəfindən ciddi reaksiyalara və etirazlara səbəb olmuşdu. Fələstinli qruplar Əli Dəvabişənin ölümü ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində cinayət işinin açılmasını istəmişdilər. Bunun ardınca Fələstin özünü idarə hökuməti Əli Dəvabişənin ölümü ilə bağlı işi Beynəlxalq Cinayət Məhkəməsinin ixtiyarına verdi ki, bəlkə sionist cinayətkarlar cəzalandırılsınlar.

Teqlər