Ərəbistanın Yəmənə olan hücumlarında indiyə qədər 3800 nəfər həlak olub
Avq 09, 2015 09:44 Asia/Baku
-
Ərəbistanın Yəmənə olan hücumlarında indiyə qədər 3800 nəfər həlak olub
Beynəlxalq Qırmızı Xaç Komitəsi Ərəbistanın Yəmənə olan hücumlarında indiyə kimi ölənlərin sayını 3800 nəfər elan edib.
Skay Nyusun verdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi dünən bir bəyanat yayaraq, bildirib: Ərəbistan və müttəfiqlərinin cari ilin mart ayından Yəmənə qarşı başlatdıqları hücumlarda indiyə kimi 3800 nəfər həlak olub, 19 min nəfər də yaralanıb. Bu hücumlar nəticəsində 1.2 milyon insan isə öz yaşadığı yerdən didərgin düşüb.Teqlər