Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196612-Ərəbistanın_yəmənə_qarşı_hücumları_davam_edir
Ərəbistan qırıcıları Yəmənin sivil infrastrukturlarının bombardman edilməsini davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2015 14:07 Asia/Baku
  • Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
    Ərəbistanın Yəmənə qarşı hücumları davam edir

Ərəbistan qırıcıları Yəmənin sivil infrastrukturlarının bombardman edilməsini davam etdirirlər.

Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcıları ötən göcə Yəmənin İb vilayətində bəzi məntəqələri bombardman ediblər. Bu hücumlar zamanı yaşayış məntəqələri və sivil müəssisələr hədəfə alınıb.
Həmçinin, müxtəlif vilayətlər o cümlədən Sədə vilayətində də yaşayış məntəqələri bombardman edilib. Sədə vilayəti 12 dəfə Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb. Bu hücumlar zamanı bir qrup mülki həlak olub və yaralanıb.
Yəmənin İmran vilayətində, Süfyan şəhərinə qarşı raket hücumlarında isə 5 qadın və uşaq həlak olub.
Ərəbistanın Yəmənə olan hücumlarında sivil infrastrukturların dağıdılması ilə yanaşı, xəstəxanalar, məktəblər və yaşayış binaları da hədəfə alınır. İndiyə kimi bu hücumlarda dörd mindən çox insan həlak olub, minlərlə nəfər yaralanıb, yüz minlərlə insan didərgin düşüb.