Diri-diri yandırılan fələstinli uşağın anası da şəhid oldu
Avq 11, 2015 10:25 Asia/Baku
Sionist qəsəbə sakinlərinin hücumu zamanı evləri yandırılan və nəticədə diri-diri yanaraq, şəhid olan südəmər körpənin anası da bu gecə aldığı yanıq yarasının ağır olmasına görə, şəhid olub.
Ötən həftə sionist qəsəbə sakinlərinin evlərini yandırması nəticəsində çox ağır dərəcədə yanmaya düçar olan Riham Dəvabişə, yaralarının ağırlığı üzündən şəhid olub.Ötən həftə törədilən bu cinayət hadisəsi zamanı diri-diri yanaraq, həyatını itirən 18 aylıq körpə Əli Dəvabişənin atası Səəd Dəvabişə də şənbə günü yaralarının ağırlığı üzündən şəhid olmuşdu.
37 yaşlı Səəd Dəvabişənin Qərb Sahilində, Nablosda yerləşən Duma şəhərində yaşadığı mənzili təqribən 8 gün öncə sionist qəsəbə sakinləri tərəfindən yandırılmışdı. Bu hadisədə ailənin ən kiçik üzvü, 18 aylıq südəmər körpə olan Əli Dəvabişə diri-diri yanaraq, şəhid olmuşdu. Ailənin digər üzvü, Əli Dəvabişənin böyük qardaşının vəziyyəti də öz ciddiliyini qoruyur.