Avq 11, 2015 21:49 Asia/Baku
  • Türkiyəli prokuror Ermənistana qaçdı
    Türkiyəli prokuror Ermənistana qaçdı

Türkiyədə “Ergenekon” işi ilə bağlı cinayət işinin istintaqını aparan və ittihamnaməsini hazırlayan prokuror Zəkəriyyə Öz ölkədən qaçıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Artvin vilayətinin valisi Kamal Cirit deyib ki, Zəkəriyyə Özlə bərabər, onun həmkarı Cəlal Qara da Gürcüstandan Ermənistana keçiblər.
Onların hər ikisi haqqında İstanbulun Bakırköy rayon prokurorluğu tərəfindən mütəşəkkil dəstə yaratmaq ittihamı ilə araşdırma başlayıb. Vali bildirib ki, hər iki prokuror Türkiyə ilə Gürcüstan arasındakı Sarp sərhəd keçid məntəqəsindən Gürcüstana keçib. Onlar daha sonra Ermənistana gediblər. Prokurorlar ölkəni tərk edərkən barələrində həbs qərarı və xaricə çıxmaq qadağası olmayıb.


Teqlər