Suriyanın cənubunda yüzlərlə terrorçu və 2 terrorçu dəstə
Avq 12, 2015 05:51 Asia/Baku
-
Suriyanın cənubunda yüzlərlə terrorçu və 2 terrorçu dəstə
Suriya ordusu terrorçuların Dəra şəhərinə olan hücumunu önləyərək, 100 terrorçunu öldürüb.
Suriyanın dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, bu ölkə ordusu çərşənbə axşamı terrorçuların Dəra şəhərinə qarşı geniş hücumunu önləyərək, onların şəhəri ələ keçirmələrinə icazə verməyib.Suriya silahlı qüvvələri bu əməliyyat zamanı 100 terrorçunu öldürüb, onlara məxsus silah və hərbi təchizatları da məhv edib.
Ceyşül Yərmuk terror dəstəsinin başçısı Bəşşar Zəibi və Mötəsim Billah silahlı qruplaşmasının lideri Əhməd Nəimi də Suriya ordusunun bu əməliyyatında öldürülüblər.
Həmçinin, Suriyanın şimal-qərbində, İdlib vilayətində yerləşən Fuə və Kəfərya şəhərlərini müdafiə edən xalq qüvvələri təkfirçi terrorçuların hücumunu önləyib, terrorçulara aid bir ədəd tank, xeyli silah və hərbi sursatı da qənimət olaraq ələ keçiriblər.
Ötən gecə terrorçular minaatanlardan istifadə edərək, bu iki şəhərə 1400 mərmi atıblar. Nəticədə 64 nəfər həyatını itirib.
Kəfərya və Fuə şəhərləri artıq 5 aydan çoxdur ki, əl-Qaidə terror şəbəkəsinin Suriyadakı qolu olan Ənnüsrə Cəbhəsi tərəfindən mühasirədə saxlanılır.
Suriya ordusu helikopterlərdən istifadə edərək, bu iki şəhərin əhalisinə ərzaq, dərman və hərbi sursat çatdırır.
Teqlər