Avq 15, 2015 09:42 Asia/Baku
  • Livan ordusunun terrorçulara qarşı hücumları davam edir
    Livan ordusunun terrorçulara qarşı hücumları davam edir

Livan ordusunun bu ölkənin sərhəd məntəqələrində terrorçulara qarşı hücumları davam edir.

Qətərin rəsmi informasiya agentliyi Livanın təhlükəsizlik mənbələrinə istinadla xəbər verib ki, Livan ordusu cümə günü Suriyadan Livana daxil olaraq, bu ölkənin şərq sərhəd məntəqələrində yerləşmiş silahlı terrorçuları atəşə tutub.
Bu məlumata görə, Livan ordusu bu terrorçuların Livanın şərqində yerləşən Rəəs Əl-Bəəlbək ətrafındakı mövqelərini ağır artilleriya atəşlərinə tutubdur.
Digər tərəfdən, Livan ordusu özününü anti-terror əməliyyatlarının yeni mərhələsində bu ölkənin müxtəlif məntəqələrində terror qruplarında şübhəli bilinən yüzlərlə nəfəri həbs edibdir.
Həbs olunaların bir çoxu xarici vətəndaşdır.

Teqlər