Ərəbistan qırıcıları Yəməndə bir kəndə hücum ediblər
Avq 15, 2015 05:34 Asia/Baku
-
Ərəbistan qırıcıları Yəməndə bir kəndə hücum ediblər
Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davamında azı dörd qadın həlak olub.
Frans-Press-in məlumatına görə, səudiyyə qırıcıları Yəmənin paytaxtı Sənanın şimal-qərbindən 130 kilometr aralıda yerləşən Həccə vilayətindəki Hirz məntəqəsinin Əldəşduş kəndini hədəfə alıblar. Bu hücumda bir qrup sivil yaralanıb.Bu məlumata əsasən, səudiyyə qırıcıları həmçinin Yəmənin cənub-qərbində yerləşən Ləhəc vilayətindəki Əqan məntəqəsinə qarşı on hava hücumu həyata keçiriblər. İndiyə kimi bu hücumların ehtimal olunan tələfat və xəsarətləri haqda məlumat yayılmayıbdır.
Teqlər