Yəmənin Cənub Hərəkatı Mənsur Hadi muzdurları ilə mübarizə aparır
Avq 15, 2015 10:29 Asia/Baku
-
Yəmənin Cənub Hərəkatı Mənsur Hadi muzdurları ilə mübarizə aparır
Yəmənin Cənub Hərəkatı bu ölkənin istefa vermiş və qaçmış prezidnetinin muzdurlarına qarşı mübarizəyə qalxıb.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, şənbə günü Yəmənin cənubunda, Ədən vilayətinin bir sıra məhəllələrində Cənub Hərəkatı qüvvələri ilə bu ölkənin istefa vermiş və qaçmış prezidneti Əbd Rəbbə Mənsur Hadinin muzdurları və Əlqaidə ünsürləri arasında şiddətli döyüşlər gedib.Digər tərəfdən, səudiyyə qırıcıları Cənub Hərəkatının mövqelərini bu hərəkatın Ədən limanına nəzarəti əla almasından və Ərəbistandan asılı olan yaraqlı qrupları bu məntəqədən çıxarmasından sonra bombalayıblar.
Belə bir halda, Ədən vilayətində yerləşən Əltəvahi məntəqəsindəki Yafə qəbilələri ilə Əlqaidə ünsürləri arasında gedən döyüşdə çoxlu sayda ölən və yaralanan olub. Ədənin mərkəzindəki Əlməaşiq sarayında da iki tərəf arasında başqa bir döyüş gedir.
Digər xəbərə görə, Yəmənin ordusu və xalq komitələrinin raket bölmələri səudiyyəlilərin Nəcran məntəqəsində yerləşən hərbi mövqelərini 29 ədəd raketlə hədəfə alıblar.
Bu hücumda Səudiyyə ordusunun iki hərbi avtomobili və bir tankı məhv edilib, çoxlu sayda səudiyyə qüvvəsi də ölüb və yaralanıbdır.
Teqlər