Avq 17, 2015 11:31 Asia/Baku
  • Bəhreyndə hökumət əleyhinə aksiyalar davam edir
    Bəhreyndə hökumət əleyhinə aksiyalar davam edir

Bəhreyn xalqı bir daha aksiya keçirərək, inqilabın öz məqsədlərinə nail olacağı zamana kimi mübarizənin davam etdirilməsinə təkid edib.

Manama Post informasiya portalının verdiyi məlumata görə, Diyə, Diraz və Kərzəkan məntəqələrinin sakinləri bazar günü aksiya keçirərək, ölkədə xalq inqilabının öz məqsədlərinə çatacağı zamana kimi mübarizənin davam etdiriləcəyini vurğulayıblar.
Aksiya iştirakçıları əllərində üzərinə Ali-Xəlifə rejiminə qarşı şüarlar yazılmış plakatlar daşıyıb, hakim rejimin devrilməsi və yeni demokratik quruluşun formalaşması haqda şüarlar veriblər.
Bu aksiya 14 fevral inqilabçı gənclər koalisiyasının dəvəti ilə keçirilib.
Digər tərəfdən Bəhreynin milli-islami Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının və mübarizənin davam etdirilməsini vurğulayıb.
Şeyx Əli Salman siyasi fəaliyyətlərinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər