Ərəbistan Yəmənin ərzaq anbarlarını vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196852-Ərəbistan_yəmənin_ərzaq_anbarlarını_vurdu
Ərəbistan Yəmən xalqına təzyiq göstərmək məqsədilə bu ölkənin qərbində bir neçə ərzaq anbarını bombardman edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2015 10:10 Asia/Baku
  • Ərəbistan Yəmənin ərzaq anbarlarını vurdu
    Ərəbistan Yəmənin ərzaq anbarlarını vurdu

Ərəbistan Yəmən xalqına təzyiq göstərmək məqsədilə bu ölkənin qərbində bir neçə ərzaq anbarını bombardman edib.

Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, təcavüzkar Ərəbistan qırıcıları Yəmənə olan hücumlarının davamında bu gün səhər ölkənin qərbindəyerləşən Hədidə liman şəhərini bombardman ediblər. Yerli mənbələr bildirirlər ki, bu hücumlar zamanı bir yük gəmisi və bir neçə ərzaq anbarı hədəfə alınıb.
Hədidə limanı Yəmənin ən mühüm limanlarından sayılır. Ərzaq məhsulları, dərman preparatları və neft məhsullarını daşıyan yük gəmiləri əsasən bu limana yan alırlar.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin Həccə vilayətində yerləşən Hərz şəhərinin Mədahişə məntəqəsini bombardman ediblər.
Yəməndən daxil olan digər məlumatlara görə, ötən 24 saat ərzində Yəmənin 3-cü ən iri şəhəri olan Təiz şəhərində fərari prezident Əbd Rəbbə Mənsur Hadinin tərəfdarları ilə Ənsarullah xalq qüvvələri arasında güclü toqquşmalar baş verib. Bu toqquşmalarda hər iki tərəf çoxlu sayda itki verib.
Yəmənin Müdafiə Nazirliyi isə ordu və xalq qüvvələrinin əl-Qaidə terrorçuları ilə döyüşlərdə bir sıra uğurlar əldə etməsindən xəbər verib. Belə ki, Əbyən vilayətinin Məkiras məntəqəsində bir neçə kənd terrorçulardan təmizlənib.
Həmçinin, Bəyza vilayətinə doğru hərəkət edən təcavüzkar Ərəbistan qüvvələri Yəmən ordusu və xalq qüvvələrinin müqaviməti ilə üzləşib. Bu toqquşmalarda Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistana aid bir neçə zirehli maşın məhv edilib.