Ərəbistanın hücumları və yəmənlilərin cavabı
Avq 19, 2015 05:52 Asia/Baku
-
Ərəbistanın hücumları və yəmənlilərin cavabı
Səudiyyə rejiminin təcavüzkar qırıcıları Yəmənə qarşı təcavüzlərinin davamında Omran və Həccə vilayətləri və Hədidə beynəlxalq şose yolunu öz hücumları hədəfinə çeviriblər.
Əlməsirə telekanalının məlumatına görə, səudiyyə rejiminin qırıcıları bu hücumlarda kasset bombalardan istifadə ediblər. Nəticədə 20 sivil ölüb, 26 nəfər də yaralanıbdır.Səudiyyə rejiminin təcavüzkar qırıcıları bu hücumlarda içməli su daşıyan yük maşınları, satış mərkəzləri, restoranlar və bazarı hədəfə alıblar.
Səudiyyəli təcavüzkarlar günbəgün döyüş meydanında uğursuzluğa düçar olurlar və çalışırlar ki, yəmənlilərə qarşı cinayətlər törədərək, öz uğursuzluqlarını ört-basdır etsinlər.
Yəmənli qüvvələr də səudiyyə rejiminin cinayətlərinə cavab olaraq, Zəhran Əsir məntəqəsində Ərəbistanın Əlhaciz hərbi bazasının keşikçi qülləsini məhv ediblər.
Yəmənli qüvvələr bu hücumda bu qülləni qoruyan əsgərləri məhv ediblər.
Əlməsirə habelə Yəmənin xalq müqavimət və ordu qüvvələrinin Ərəbistanın Nəcran şəhərinə doğru irəliləyişindən xəbər verib.
Bu məlumata görə, Nəcran şəhəri hazırda Yəmənin xalq müqavimət və ordu qüvvələrinin hədəfində yerləşir.
Teqlər