ABŞ-ın İŞİD-in Suriya və İraqdakı mövqelərinə qarşı nümayişkaranə hücumları
Avq 19, 2015 10:39 Asia/Baku
Amerikanın başçılığı altında beynəlxalq anti-İŞİD koalisiyası iddia edib ki, Suriya və İraqda İŞİD-in mövqelərinə qarşı iyirmi hava hücumu həyata keçirib.
Röyters xəbər agentliyinin məlumatına görə, sözdə anti-İŞİD əməliyyatının komandanlığı çərşənbə axşamı günü bir bəyanatda bildirib ki, amerikalı qırıcılar beynəlxalq anti-İŞİD koalisiyasının hücumları çərçivəsində on yeddi halda İraqda İŞİD terrorçularının mövqelərinə qarşı hava hücumları həyata keçiriblər.Həmçinin bu bəyanatda deyilir: Amerikalı təyyarələr Suriyanın Kobani və Əlhəsəkə məntəqələrində İŞİD-in mövqelərinə qarşı üç hava hücumu həyata keçirib.
Sözdə anti-İŞİD əməliyyatı komandanlığının bəyanatında bu hücumlarda İŞİD-ə dəymiş tələfat və ya xəsarətlər barədə heç bir məlumat verilməyibdir.
Belə bir halda, beynəlxalq anti-İŞİD koalisiyasının terrorçuların Suriya və İraqdakı mövqelərinə qarşı hava hücumlarına rəğmən, bu təkfirçi qrup nəzarəti altında olan məntəqələrin bir çoxunda öz fəaliyyətlərini davam etdirir.