Avq 19, 2015 13:10 Asia/Baku
  • İsrail rejimi Muhəmməd Əlanı zorla yedirtməyə çalışır
    İsrail rejimi Muhəmməd Əlanı zorla yedirtməyə çalışır

Sionist rejimin müharibə nazirinin müavini fəlsətinli əsir Muhəmməd Əlanın zorla yedirdilməsini istəyib.

Sionist Vala xəbər portalının məlumatına görə, sionist rejimin müharibə nazirinin müavini Eli Ben Dehan vurğulayıb ki, İsrail rejimi Muhəmməd Əlanın iki aydan çox aclıq aksiyasına və onun tələblərinə məhəl qoymamalıdır və onu zorla yedirtməlidir.
Eli Ben Dehan deyib: Əgər İsrail zindanla təşkilatı Əlanın şərt və tələblərinə təslim olar və onu azad edərsə, digər əsirlər də onun yolunu davam etdirərək, aclıq elan edəcəklər.
Həmçinin sionist rejimin məhkəmə başçıları bazar ertəsi günü özlərinin rasist təkliflərini verərək, bildiriblər ki, aclıq elan etrmiş fəlsətinli əsir Muhəmməd Əlanı azad, amma dörd il müddətinə Fələstindən sürgün etsinlər.
Muhəmməd Əlan sionist rejimin, onun ittihamı bildirilmədən müvəqqəti həbsi barədəki siyasətinə etiraz olaraq, altmış gündən çoxdur ki, aclıq keçirir. Komaya düşmüş Əlan təzəlikdə bu vəziyyətdən çıxıbdır.

Teqlər