Sionist rejimin xarici işlər nazirliyinin işçiləri tətil keçiriblər
Avq 19, 2015 14:07 Asia/Baku
Sionist rejimin xarici işlər nazirliyinin həmkarlar ittifaqı tətil keçirib.
Sionist Aruts xəbər portalının məlumatına görə, sionist rejimin xarici işlər nazirliyinin həmkarlar ittifaqı qeyri-münasib maliyyə şəraitinə və maaşların yetərsiz olmasına etiraz edərək, tətil keçirib.Bu məlumata görə, bu birlik bildirib ki, onun üzvləri vizanın verilməsi istiqamətində sionist rejimin baş naziri tərəfindən təyin olunmuş yeni səfirlərə heç bir köməklik etməyəcəklər. Qeyri-münasib maliyyə durumunda olan bu nazirliyin işçiləri bildiriblər ki, həmin səfrilərin yaşayış vasitələrinin daşınması, onların övladlarının məktəblərdə qeydiyyata alınmaları, lisenziyaların verilməsi və diplomatik vizanın verilməsi kimi hallarda heç bir köməklik edilməyəcəkdir.
Ötən beş il ərzində üçüncü dəfədir ki, sionist rejimin xarici işlər nazirliyinin işçiləri tətil keçirirlər.
2012-ci ilin əvvələrində işğal olunmuş Fələstin əraziləri ümumi tətilin şahidi olmuış və onun nəticəsində İsrail rejiminin iqtisadiyyatına bir tam onda beş milyard dollar xəsarət dəymişdi.