BMT: Yəməndə 1000-dən çox uşaq münaqişənin qurbanı olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196901-bmt_yəməndə_1000_dən_çox_uşaq_münaqişənin_qurbanı_olub
Yəməndə silahlı münaqişə dövründə 1000-dən çox uşaq ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2015 04:11 Asia/Baku
  • BMT: Yəməndə 1000-dən çox uşaq münaqişənin qurbanı olub
    BMT: Yəməndə 1000-dən çox uşaq münaqişənin qurbanı olub

Yəməndə silahlı münaqişə dövründə 1000-dən çox uşaq ölüb və yaralanıb.

Səhər telekanalının “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven Obrayen BMT Təhlükəsizlik Şurasına Yəməndəki vəziyyətlə bağlı hesabat təqdim edərkən bildirib.

Onun sözlərinə görə, hazırda Yəmən əhalisinin 80 faizdən çoxunun yardıma ehtiyacı var.

“Mən gördüklərimdən sarsıldım. Münaqişənin ağır yükü mülki əhalinin üzərinə düşüb. Hər 5 yəmənlidən dördünün humanitar yardıma ehtiyacı var və 1,5 mln insan məcburi köçkün olub. 1000-dən çox uşaq münaqişə zamanı ölüb və yaralanıb. Döyüşlərə cəlb edilən gənclərin sayı durmadan artır”, deyə baş katibin müavini bildirib.

Stiven Obrayen münaqişə tərəflərindən əhaliyə yardımın çatdırılmasının təmin edilməsini tələb edib və beynəlxalq humanitar hüququn pozulması faktlarının hamısının araşdırılaraq, günahkar şəxslərin məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.