Suriya terrorçulara silah və maliyyə himayələrinin dayandırılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196939-suriya_terrorçulara_silah_və_maliyyə_himayələrinin_dayandırılmasını_istəyib
Suriya xarici işlər naziri bəzi ölkələrin terrorçulara silah və maliyyə himayələrinin dayandırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2015 09:27 Asia/Baku
  • Suriya terrorçulara silah və maliyyə himayələrinin dayandırılmasını istəyib
    Suriya terrorçulara silah və maliyyə himayələrinin dayandırılmasını istəyib

Suriya xarici işlər naziri bəzi ölkələrin terrorçulara silah və maliyyə himayələrinin dayandırılmasını istəyib.

Suriya xarici işlər naziri Vəlid Əlmuəllim cümə axşamı günü Əlnəhar telekanalı ilə müsahibədə Suriya böhranı üçün siyasi həll yolunun tapılması məqsədilə terrorizmlə mübarizə və terror qruplarını dəstəkləyən ölkələri həmin qruplara silah və maliyyə himayələrini dayandırmağa vadar etmək üzrə BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını istəyib.
Vəlid Əlmuəllim əlavə edib: Nə üçün Türkiyə terrorçulara Suriya torpağına girmək icazəsi verir və Amerika onlar üçün Türkiyədə təlim mərkəzləri yaradır və bir çox ərəb ölkəsi də arxadan Suriyaya xəncər vurur.
Suriya xarici işlər naziri deyib: Terrorizm dünyanın yüzdən yuxarı ölkəsindən Suriyaya ixrac olunur, lakin Dəməşq terrorçuları məğlub etmək üçün münasib vasitələrdən yararlanaraq, var gücü ilə silahlı qruplar qarşısında dayanır.