Sionist rejimin Suriyaya hücumlarında beş nəfər həlak olub
Avq 21, 2015 12:47 Asia/Baku
-
Sionist rejimin Suriyaya hücumlarında beş nəfər həlak olub
Sionist rejimin Suriyanın Qunəytrə şəhərinə qarşı raket hücumlarında beş nəfər həlak olub.
Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, cümə axşamı günü axşamçağı sionist rejim ordusunun Suriyanın cənub-qərbində yerləşən Qunəytrə şəhərindəki Əlkum məntəqəsində bir avtomobilə qarşı hava hücumunda beş sivil həlak olub.Suriyanın Qunəytrə şəhəri Cövlan yüksəkliklərində yerləşir ki, onun böyük bir hissəsi sionist rejimin işğalındadır.
Bundan öncə də suriyalı qaynaqlar sionist rejim ordusunun Cövlan məntəqəsindəki mülki obyektlərə qarşı hücumundan xəbər vermişdilər.
Bu mənbələr bildiriblər ki, bir sionist vertolyot bir neçə raketlə Qunəytrə şəhərində nəqliyyat nazirliyi və valilik binalarını hədəfə alıblar ki, təkcə maliyyə xəsarəti dəyibdir.
Digər tərəfdən, sionist rejim başçıları iddia ediblər ki, cümə axşamı günü gecə Qunəytrəyə qarşı hava hücumlarında həmin gün Cövlandan Əlcəlilə tərəf raket atılması amili olan dörd fələstinlini hədəfə alaraq, öldürüblər.
Sionist rejimin müharibə naziri Muşe Yəəlon cümə axşamı günü İslami Cihad hərəkatını 1948-ci ildə qəsb olunmuş ərazilərin şimalında yerləşən Əlcəlil şəhərinə tərəf raket atmaqda ittihamlandırıb. Belə bir halda, İslami Cihad hərəkatı Yəəlonun ittihamını rədd edərək, onu bu hərəkata və onun rəhbərlərinə qarşı təcavüz üzrə bir bəhanə adlandırıb.
Teqlər