Avq 21, 2015 19:13 Asia/Baku
  •  Kamal Kılıçdaroğlu
    Kamal Kılıçdaroğlu

Türkiyə dövləti ilə müxalif partiyanın rəhbəri bu ölkə prezidentini tənqid edərək, onu Türkiyədə terror hadisələrinin başlanması amili adlandırıb.

IRNA-nın məlumatına görə, Kamal Kılıçdaroğlu deyib: Rəcəb Tayyıb Ərdoğan Türkiyədə terror hadisələrinin və bu ölkənin qan dəryasına çevrilməsinin səbəbkarıdır.
O, sonra deyib: Ərdoğanın bu hadisələri yaratmaqda məqsədi, təzyiq yolu ilə öz istəklərini Türkiyə xalqına qəbul etdirməkdir.
Türkiyə Cumhuriyyət Xalq Partiyasının lideri Ərdoğanı bu ölkədəki hazırkı qarışıq durumun səbəbkarı kimi təqdim edərək, onu yeddi iyun ümumi seçkilərindən öncəki təbliğat kampaniyasında tərəfsizlik andını pozmaqda suçlayıb.
Kılıçdaroğlu ona koalisiya dövlətinin təşkilini tapşırmadığına görə Ərdoğanı tənqid edərək, deyib: Ərdoğan Cumhuriyyət Xalq Partiyasına koalisiya dövlətinin təşkilini tapşırmamaqla Türkiyədə demokratiya prinsiplərini pozdu və digər partiyaların rəhbərləri də bu sahədə Ərdoğanı şübhə altına almalıdırlar.
O, həmçinin Ərdoğanı öz maraqları üçün koalisiya dövlətinin təşkilini əngəlləməkdə və Türkiyəni vaxtından qabaq seçkilərin keçirilməsinə sövq etdirməkdə ittihamlandırıb.
Kılıçdaroğlu deyib: Vaxtından qabaq seçkilərdə də məclisin tərkibində dəyişiklik yaranmayacaq.
Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunun koalisiya dövlətinin təşkilində uğursuz qalmasının ardınca əsas qanuna görə, Türkiyədə ümumi seçkilər yenidən keçirilməlidir.

Teqlər