Kabil partlayışı qurbanlarının sayı artıb
Avq 23, 2015 10:48 Asia/Baku
-
Kabil partlayışı qurbanlarının sayı artıb
Əfqanıstan paytaxtında baş vermiş partlayışın qurbanlarının sayı artıbç
IRNA-nın məlumatına görə, şənbə günü axşam Kabilin Şinuzadə xəstəxanası yaxınlığında baş vermiş partlayış nəticəsində azı 12 nəfər ölüb, 66 nəfər də yaralanıbdır.Yaralılardan bir qrupunun vəziyyəti ağırdır.
Xəstəxana mənbələrinin bildirdiklərinə görə, bu partlayışda bir neçə qadın və uşaq da həlak olub.
Həlak olanların çoxu, müalicə və ya öz xəstələrinə baş çəkmək üçün Kabilin Şinuzadə xəstəxanasına gəlmiş qadın və kişidir.
Deyilənlərə görə, həlak olanlar arasında dörd xarici hərbçi də nəzərə çarpır. Hələ ki, bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib.
Kabil ötən bir ayda dörd güclü partlayışın şahidi olub. Üç öncəki partlayışda azı 50 nəfər həlak olulb, 450-dən çox insan da yaralanıbdır.