Avq 23, 2015 18:26 Asia/Baku
  • Dəməşqin mərkəzi zindanına mərmi hücumu
    Dəməşqin mərkəzi zindanına mərmi hücumu

Suriya Daxili İşlər Nazirliyi terrorçuların mərmi hücumunda on nəfərin ölməsindən xəbər verib.

Sin-Xua-nın məlumatına görə, Suriya Daxili İşlər Nazirliyi bildirib ki, bazar günü Dəməşqin mərkəzi zindanına mərmi hücumunda on suriyalı ölüb, 53 nəfər də yaralanıbdır ki, onların bəzilərinin vəziyyəti ağırdır.
Digər tərəfdən, Suriyanın Hələb şəhərində yerləşmiş terrorçular yaşayış massivlətini mərmi atəşinə tutublar.
Hələb ətrafındakı Kuirs hərbi hava limanıının ətrafında Suriyanın ordu qüvvələri ilə terrorçular arasındaki toqquşmada da bir neçə nəfər ölüb və yaralanıbdır.
Azı 50 terrorçu da bu ölkə ordusunun Cəbəl Ələkrad məntəqəsinə qarşı hava hücumunda öldürülüb.
Suriya və Livanın müqavimət qüvvələri də bazar günü Umər Əlfaruq məscidi, onun ətrafı, Zubdani məntəqəsindəki bir binanın nəzarətini ələ ala biliblər.
Bu istiqamətdə Suriyanın ordusu və suriyalı qüvvələr Dəməşq ətrafındakı məntəqələrdə 37 terrorçunu öldürüblər və digər suriyalı bölmələr Livan müqaviməti ilə yanaşı Zubdani şəhərinə doğru irəliləməkdədirlər ki, bu şəhərin terrorçuların işğalında olan sonuncu mərkəzlərini azad etmiş olsunlar.

Teqlər