Beyrutda keçirilən etiraz aksiyaları zamanı bir nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197014-beyrutda_keçirilən_etiraz_aksiyaları_zamanı_bir_nəfər_həlak_olub_
Dünən gecə Beyrutda aksiyaçılarla polis qüvvələri arasında baş verən qarşıdurma bir nəfərin ölümü daha 3 nəfərin yaralanması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2015 06:03 Asia/Baku
  • Beyrutda keçirilən etiraz aksiyaları zamanı bir nəfər həlak olub
    Beyrutda keçirilən etiraz aksiyaları zamanı bir nəfər həlak olub

Dünən gecə Beyrutda aksiyaçılarla polis qüvvələri arasında baş verən qarşıdurma bir nəfərin ölümü daha 3 nəfərin yaralanması ilə nəticələnib.

İRNA Əl-məyadin telekanalına istinadən bildirib: Livan həkimlərindən biri qeyd edib: Beyrutun mərkəzi Riyaz Əl-Sülh meydanında polis aksiyaçıların sıralarını dağıtmağa cəhd edərkən bir nəfər ölüb daha 37 nəfər yaralanıbdır. Həmçinin polisin gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində 200 nəfərin bədən orqanında müəyyən narahatlıq yaşanıb.
Bəzi medialarda Livanın təhlükəsizlik qüvvələrindin 30 nəfərinin yaralanmasını işıqlandırıblar.
Röyters Xəbər Agentliyi də bir məlumatda yazıb: Livanın təhlükəsizlik qüvvələri aksiyaçıların sıralarını dağıtmağa səy edərkən susəpən maşınlardan istifadə ediblər.
Beyrut əhalisinin bu aksiyaları dünən axşam üstü baş nazirlik ofisinin önündə müşahidə olunub. Etiraza səbəb əhalinin zibil böhranına müxalifət etməsi bildirilib.
Əhalini etiraz aksiyalarına dəvət edən komitə jurnalistlər qarşında bir bəyanatda daxili işlər naziri və baş nazirin dərhal istefa verməsini səsləndirib.