Ərəbistanın hücumunun başlanmasından bəri 17 min yəmənli ölüb və yaralanıb
Avq 25, 2015 06:11 Asia/Baku
-
Ərəbistanın hücumunun başlanmasından bəri 17 min yəmənli ölüb və yaralanıb
Rəsmi Yəmən mənbələri bildiriblər ki, Ərəbistanın və müttəfiqlərinin Yəmənə qarşı hücumlarında indiyədək 17 min yəmənli ölüb və yaralanıb.
Əlməsirə telekanalının məluamtına görə, Yəmənin Səhiyyə Nazirliyi bildirib ki, Ərəbistanın və müttəfiqlərinin Yəmənə qarşı hücumlarında ölənlərin sayı beş min nəfərə çatıb və 12 mindən çox yəmənli də yaralanıbdır.Belə bir halda, Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam etməkdədir.
Səudiyyə qırıcılarının Yəmənin Həccə vilayətindəki Məstəba şəhərinin müxtəlif məntəqələrinə qarşı hücumunda dörd nəfər yaralanıb.
Səudiyyə qırıcıları beş dəfə Həccə vilayətindəki Əbis hava limanı və Hirz gömrüyünü bombalayıblar. Həmçinin Ərəbistan təyyarələri ötən sutka ərzində 200 dəfədən çox Səədə vilayətinin müxtəlif məntəqələrinə qarşı hücumlar keçiriblər.
Səədəyə qarşı hücumda iki yəmənli Hidan qəsəbəsində, daha bir neçə nəfər də Mərran məntəqəsində yaralanıb və bir ailənin bütün üzvləri də Razih qəsəbəsində öldürülübdür.
Səədə vilayətinin "Vadi Ali Əbu Cubarə" məntəqəsi və Kinaf şəhərciyi də səudiyyə qırıcılarının çoxlu sayda hücumlarında hədəfə alınıbdır.
Əbin vilayətində Mukəyras və Əqəbə Ludər məntəqələri Ərəbistan təyyarələrinin şiddətli hücumları hədəflərinə çevriliblər.
Marəb vilayətində isə Ərəbistan təyyarələri bir neçə dəfə Survah qəsəbəsi və Əlzur məntəqəsinə hücum ediblər. Həmçinin Əlhədidə vilayətində bir özəl xəstəxana, Əlyətim xeyriyyə müəssisəsi və Əlmətar küçəsində vətəndaşların evləri səudiyyəlilərin hava hücumları hədəflərinə çevriliblər.
Digər tərəfdən, Yəmənin ordusu və xalq qüvvələri müştərək bir əməliyyatda Ərəbistanın cənubunda yerləşən Cizan məntəqəsindəki Qurf Əlşəyx ərəbistanlı hərbi mərkəzi tam şəkildə ələ keçiriblər. Onlar səudiyyəlilərin iki hərbi avtomobilni də məhv ediblər.
Ərəbistan yəmənli qüvələrin mərmisinin dəyməsi nəticəsində Cizanda bir zabiti və bir əsgərini itirdiyini etiraf edib.
Yəmənin ordusu və xalq qüvvələri habelə Əbin vilayətinin Məkiras məntəqəsində Ərəbistan muzdurları və terrorçu Əlqaidə qrupunun bir qrup ünsürünü məhv edib və ya əsir alıblar.
Bir hərbi mənbə bildirib ki, Məkiras məntəqəsində Əlqaidə terrorçuları ilə yəmənli qüvvələr arasındakı toqquşma 48 saat bundan öncədən başlayaraq, davam etməkdədir. Apaçi helikopterlərinin terrorçuları dəstəkləmələrinə rəğmən, onlar irəliləyişə malik olmayıblar.
Teqlər