Bəhreynlilərin həbsi davam edir
Avq 25, 2015 15:13 Asia/Baku
Bəhreynli mənbələr Ali-Xəlifə rejimi tərəfindən bu ölkənin 25 vətəndaşının həbs olunmasından xəbər veriblər.
Əllolo xəbər portalının məlumatına görə, Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, Ali-Xəlifə rejimi ötən həftə yeddi uşaq daxil olmaqla bu ölkənin 25 vətəndaşını həbs edib.Bəhreyn İnsan Haqları Mərkəzi əlavə edib: Avqustun 17-dən 23-dək on beş bəhreynli Ali-Xəlifə rejimi qüvvələrinin onların evlərinə basqınlarından, beş bəhreynli istintaqa çağırılandan sonra, beş bəhreynli də iş yerlərində həbs olunublar.
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırdılmasından sonra bəri bu ölkə xalqının geniş etirazlarının şahididir. Xalq ölkədə siyasi islahatların aparılmasını istəyir.
Ali-Xəlifə rejimi Bəhreyndə yerləşmiş ərəb ölkələrindən olan muzdlular, o cümlədən ada qüvvələri adı altında bu ölkəyə gətirilmiş Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistan qüvvələrinin köməyi ilə Bəhreyn xalqına divan tutur.
Vikiliks saytında dərc olunmuş sənədlərə əsasən, Bəhreyn rejimi 2012-ci ildə müxalifləri yatırtmaq üçün Mərakeş və İordaniyadan da hərbi kömək istəmiş və bu iki ölkənin razılığı ilə üzləşmişdi.