Avq 26, 2015 15:08 Asia/Baku
  • Sionist hərbçilər onlarla fələstinlini həbs ediblər
    Sionist hərbçilər onlarla fələstinlini həbs ediblər

Sionist rejim hərbçiləri İordan çayının müxtəlif bölgələrinə hücum edərək Fələstin vətəndaşlarından 36 nəfərini həbs ediblər.

Fələstinin internet xəbər saytı bir məlumatda Sionist rejim hərbçilərinin bu əməliyyatına işarə edərək yazıb: Sionist rejim qüvvələri İordan çayının şimalında Nablos şəhərinin müxtəlif bölgələrinə hücum ediblər. Hücumda fələstinlilərin mənzillərinə ziyan dəyib. Bundan savayı onların əmlakı oğurlanıb və 16 fələstinli Sionist əsgərlər tərəfindən həbs edilib.
Sionist rejim hərbçiləri Ramollahda da Salih peyğəmbər(s) kəndinə basqın edərək bu kəndin əhalisi üstünə atəş açıb və bir neçə uşaq və gənci də yaralayıblar.
Sionist rejim qüvvələri hər gün müxtəlif bəhanələrlə fələstinlilərin mənzillərinə basqın edir və fələstinlilərdən bir qrupunu oğurlayır.
Eləcə də onları şəhid edir və ya yaralayırlar.
Sionist rejim həbsxanalarında təxminən 6500 fələstinli əsirin pis vəziyyətdə yaşaması əksər medialarda işıqlandırılıb.

Teqlər