Ali-Səudun Yəməndəki cinayətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197109-ali_səudun_yəməndəki_cinayətləri_davam_edir
Ali-Səud rejimi qırıcılarının Yəmənə qarşı hücumlarının davamında bir neçə nəfər ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2015 09:26 Asia/Baku
  • Ali-Səudun Yəməndəki cinayətləri davam edir
    Ali-Səudun Yəməndəki cinayətləri davam edir

Ali-Səud rejimi qırıcılarının Yəmənə qarşı hücumlarının davamında bir neçə nəfər ölüb və yaralanıb.

Əlaləm telekanalının məlumatına görə, cümə axşamı günü səhər tezdən edilmilş hücumların davamında səudiyyə qırıcılarının Yəmənin paytaxtı Sənanın ətrafındakı Qaulqəyzi məntəqəsinə qarşı hücumlarında iki qadın daxil olmaqla üç yəmənli ölüb.
Təcavüzkar səudiyyə qırıcıları həmçinin Sənada Cəbəl Əlnəhdəyn, Darulrəasə və Cəbəl Nətum məntəqələrini hədəfə alaraq, bir neçə yəmənlini yaralayıblar.
Digər tərəfdən, Yəmən ordusu Ali-Səudun hücumlarına cavabda çərşənbə günü bir bəyanat yayaraq, bildirib ki, bu ölkə ordusunun raket bölməsi Ərəbistanın Cizan məntəqəsində elektrik stansiyasını raketlə hədəfə alaraq, onu məhv edibdir.
Ali-Səud rejimi Yəmənin fərari və istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq kimi xas məqsədlərlə martın 26-dan bu ölkəyə hücum edib və hazırda bataqlıqda ilişib qalıb və özünün heç bir istəklərinə çatmayıbdır.