Ələdəyn Əlqaidə ünsürləri və səudiyyə muzdlularından təmizlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197114-Ələdəyn_Əlqaidə_ünsürləri_və_səudiyyə_muzdlularından_təmizlənib
Yəmənin ordusu və xalq komitələri Ələdəyn şəhərini azad edəndən sonra onu Əlqaidə ünsürləri və səudiyyə muzdlularından təmizləməyə müvəffəq olublar. Ələdəyn şəhəri İbb əyalətində yerləşir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2015 16:16 Asia/Baku
  • Ələdəyn Əlqaidə ünsürləri və səudiyyə muzdlularından təmizlənib
    Ələdəyn Əlqaidə ünsürləri və səudiyyə muzdlularından təmizlənib

Yəmənin ordusu və xalq komitələri Ələdəyn şəhərini azad edəndən sonra onu Əlqaidə ünsürləri və səudiyyə muzdlularından təmizləməyə müvəffəq olublar. Ələdəyn şəhəri İbb əyalətində yerləşir.

Yəmənin ordusu və xalq komitələri həmçinin Əlqaidə ünsürləri və səudiyyə muzdlularına ağır maliyyə və insan xəsarətləri vura biliblər. Yerdə qalan Əlqaidə ünsürləri və səudiyyə muzdluları da Ələdəyndən Əlhədidə əyalətinə tərəf qaçmağa məcbur olublar.
Digər tərəfdən, səudiyyə rejiminin hərbi təyyarələrinin Sənanın cənubundakı Əmd kəndinə qarşı hücumunda bir yaşlı bir uşaq daxil olmaqla üç nəfər şəhid edilib.
Yəmənin ordusu və xalq komitələri yəmənlilərə qarşı səudiyyə-amerikan təcavüzkar hücumlarına cavabda Ərəbistanın Cizan şəhərində bir elektrik stansiyasını Skad raketi ilə hədəfə alıblar.
Yəmənlilər Cizan və Nəcranı raket yağışına tutaraq, ərəbistanlı qüvvələrin bu məntəqələrdəki təchizatlarına ağır xəsarətlər vurublar.