Avq 28, 2015 19:29 Asia/Baku
  • Bəhreynli inqilabçıların anti-hökumət aksiyası
    Bəhreynli inqilabçıların anti-hökumət aksiyası

Bəhreynli inqilabçılar cümə namazından sonra aksiya keçirərək, yekun qələbəyədək 14 fevral inqilabının davam etdirilməsini vurğulayıblar.

Bəhreyn Milli Birlik isami cəmiyyəti Twitter sosial şəbəkəsindəki öz rəsmi səhifəsində bu ölkənin Əlsənabis, Əldiraz və Əlbiladi Əlqədim məntəqələrində aksiyaların keçirilməsindən xəbər verib və yazıbdır ki, aksiyaçılar cümə namazından sonra Bəhreyn məhbəslərindəki müxalifət rəhbərlərinin azad edilmələrini istəyiblər.
Əllərində Milli Birlik isami cəmiyyətinin baş katibi şeyx Əli Salmanın təsvirlərini gəzdirən bəhreynli etirazçılar şüarlar verərək, vurğulayıblar ki, yekun qələbəyədək öz inqilbai amallarından geri oturmayacaqlar.
Bəhreyn xalqı hər həftə cümə namazından sonra bu ölkənin müxtəlif məntəqələrində Manamanın siyasətlərinə qarşı aksiyalar keçirir və insan haqları aktivlərinin və siyasi fəalların, eləcə də inqilabçı liderlərin məhbəslərdən tez bir zamanda azad edilmələrini tələb edir.
Bəhreyn rejimi hakim sülaləyə qarşı xalq inqilabının başlandığı 2011-ci ilin fevral ayından bəri xalq hərəkətlərinə divan tutur və müxalifət rəhbərlərindən bir neçəsi daxil olmaqla yüzlərlə etirazçını həbs edərək, zindana salır və işgəncələrə məruz qoyur.
Bəhreyn xalqı sosial ədalətin icrasını və real seçkilərdən irəli gələn bir quruluşun hakimiyyətə gəlməsini istəyir.

Teqlər