Yəməndə 400 uşaq həlak olması
Avq 29, 2015 09:42 Asia/Baku
-
Yəməndə 400 uşaq həlak olması
Birləşmiş Millətlər Təşkilatı bir bəyanatda bildirib: Yəməndə baş verən qarşıdurmalar nəticəsində 400 dən çox uşaq həlak olub.
İRNA xəbər verir: BMT baş katibinin sözçüsü bu təşkilatın humanitar yardımlar koordinasiya komitəsinə istinadən qeyd edib: Yəməndə ayaq alıb gedən qarşıdurmalar nəticəsində və Ərəbistanın hava zərbələrinin şiddətlənməsi ilə eyni zamanda bu ölkə xalqının humanitar yardımlara ehtiyacı da çoxalıb.Yəmənin müxtəlif şəhərlərində gedən qarşıdurmalar və Ali-Səud rejiminin hava hücumlarının şiddətlənməsi ilə o ölkənin cəmi 22 əyalətindən 21-də vəziyyət son dərəcə gərginləşib. Belə ki rəsmi statistikaya əsasən bu ölkədə 400 uşaq həlak olub.
BMT baş katibinin sözçüsü habelə bildirib: Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davam etməsi bu ölkənin müxtəlif şəhərlərində 300 inzibati bina dağıdılıb və ya münaqişəçi qrupların əlinə keçib.
Daxil olan bu məlumata əsasən yanacaq , müalicə və dərman imkanlarının çatılşmazlığı həmçinin binaların dağıdılması Yəməndə 160 dan çox müalicə və səhiyyə mərkəzinin sıradan çıxmasına səbəb olub.
BMT-nin uşaqları himayə fondu UNİCEF və bu təşkilatın humanitar yardımlar üzrə koordinasiya komitəsi tərəfindən təqdim edilən hesablamaya əsasən Yəməndə qarşıdurma və savaşın davam etməsi bu ölkədə təxminən 2 milyon uşağın təhsildən məhrum olmasına və 3500 dən çox məktəbin bağlanmasına gətirib çıxarıb.
Teqlər