Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197150-Ərəbistan_və_müttəfiqlərinin_yəmənə_qarşı_hücumları_davam_edir
Beynəlxalq Təşkilatların sükutu sayəsində Ərəbistan və müttəfiqlərinin amansız hücumları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2015 09:50 Asia/Baku
  • Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları davam edir
    Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları davam edir

Beynəlxalq Təşkilatların sükutu sayəsində Ərəbistan və müttəfiqlərinin amansız hücumları davam edir.

Almaniya Xəbər Agentliyi bir məlumatda bu xəbərə işarə edərək yazıb: Şənbə günü Ərəbistanın hərbi təyyarələri Yəmənin müxtəlif bölgələrini bombalayıblar. Nəticədə güclü partlayışların səsi eşidilib.
Ötən iki gün ərzində Ərəbistan və himayəçilərinin Yəmənə qarşı hücumları genişlənib.
Yəmən Aypara Cəmiyyəti bir bəyanatda Ərəbistan və müttəfiqlərinin Yəmənin müxtəlif bölgələrinə qarşı hücumlarını pisləyib və bildiriblər: Yəmənin cənub qərbində Təəz vilayətində müşahidə olunan bu hücumlar həmin vilayətdə kommunal xidmətlərin çatdırılmasının dayandırılmasına səbəb olub.
ərəbistan ötən ilin mart ayının 26-dan etibarən Yəmənin fərari və istefa vermiş prezidentini hakimiyyətə gətirməyi və bu ölkəyə öz istilasını davam etdirməsini bəhanə edərək Yəmənə qarşı hücuma başlayıbdır.
Hələ ki bu hücumlar səngimək bilmir.