Maarib vilayətindəki ƏƏ-nin 25 zirehli maşını dağıdılıb
Avq 31, 2015 15:58 Asia/Baku
-
Maarib vilayətindəki ƏƏ-nin 25 zirehli maşını dağıdılıb
Yəmənin Maarib vilayətində bu ölkə ordusu və xəlqi komitələrin tərəfindən həyata keçirilən əməliyyatda Ərəb Əmirliklərinin 26 zirehli maşını dağıdılıb.
Əl-Məsirə telekanalının məlumatına görə Yəmənin ordu və xəlqi komitələrinin qüvvələri geniş bir əməliyyat çərçivəsində Maarib vilayətində Səudiyyə Ərəbistanı və Əl-Qaidə muzdlularının çoxlu sayda zirehli maşın və silah anbarını dağıtmağa nail olublar. Bu vilayətdə mərkəzləşən hərbi qaynaqlar bildiriblər: Yəmən ordusu Maarib vilayətində Əl-Qaidənin nəzarətinə keçən 3-cü hərbi zona qərargahını hədəfə alıb. Bu qarnizonda çoxlu sayda hərbi maşın dağıdılıb və bir neçə saata yaxın davam edirdi.Yəmənin Müdafiə Nazirliyinin məlumatlı bir qaynağı bildirib: Bu əməliyyat fonunda ƏƏ-nin 25 zirehli maşını dağıdıldı və bu bölgədə Əl-Qaidə qruplaşması və Ərriyad muzdlularının yanacaq və silah anbarlarında törədilən yanğın saatlarla davam etdi.
Bu məlumatlı mənbə qeyd edib: Bu əməliyyat fonunda zirehə qarşı modern raketlərdən istifadə olundu.
Əl-Aləm kanalı bir məlumatda bu hadisəyə işarə edərək bildirdi: Maarib vilayətində Yəmənin ordu və xəlqi komitələri qüvvələrinin bir hərbi qərargaha raket hücumunda çoxlu sayda silah-sursat anbarları və Ərəbistanın maşınlarından bir neçəsi dağıdıldı.
Əl-Aləm kanalının müxbiri Əl-Şərəbi deyib: Daxil olan son məlumata əsasən bu qarşıdurmalarda Ənsarullah qrupunun üzvlərindən 33 nəfəri və Hadi Mənsurdan asılı qüvvələrdən bir nəfəri həlak olub.
Digər bir tərəfdən hadisə şahidləri Ərəbistanın Yəmənin Həccə vilayətində bir qablaşdırma emalatxanasına hava hücumlarında 36 mülki həlak olub.
Ərəbistanın rəhbərliyi ilə təşkil olunan ərəb koalisiyası bir bəyanatda bildirib: İrəli sürülən iddialara rəğmən bu rejimin hərbi təyyarələri Həccə vilayətində bomba istehsal edən emalatxananı hədəfə alıblar.
Teqlər