Türkiyə terrorçuların Suriya vətəndaşlarına qarşı cinayətlərində məsuliyyət daşıyır
Sen 02, 2015 05:52 Asia/Baku
-
Türkiyə terrorçuların Suriya vətəndaşlarına qarşı cinayətlərində məsuliyyət daşıyır
Suriya Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyə terrorçuların Suriya vətəndaşlarına qarşı cinayətlərində məsuliyyət daşıyır.
IRIB-nin məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi BMT baş katibinə və Təhlükəsizlik Şurasının dövri sədrinə ünvanladığı iki ayrı-ayrı məktubda Türkiyəni terrorçu qrupların Suriyanın şimal-qərbindəki İdlib əyalətinin şiə sakinli Fuə və Kəfərya şəhərlərində mühasirə olunmuş əhaliyə qarşı cinayətlərinin amili adlandırıb.Suriya Xarici İşlər Nazirliyi bu məktublarda BMT-nin terrorçuların Fuə və Kəfərya şəhərlərində mühasirə olunmuş əhaliyə qarşı cinayətləri qarşısında susmasını pisləyib.
Terror qrupları son bir neçə gündə Fuə və Kəfərya şəhərlərinə hücum edib və onlara tərəf iki mindən çox mərmi atıblar, amma onların hücumları uğursuz qalıb.
Əlvətən qəzeti yazıb ki, bu iki şəhərin müdafiəçiləri bazar ertəsi günü gecə terrorçuların vəhşicəsinə hücumlarını dəf edib və Səvağiyyə məntəqəsində əlli terrorçunu öldürməkdən əlavə, onların bir qrupunu həbs ediblər.
Fuə və Kəfərya şəhərlərinin əhalis faciəli durumda yaşayır və dərman və qidanın olmamasından əziyyət çəkir. Eyni zamanda əhali arasında yaralıların sayı terrorçuların hücumlarına əsasən artmaqdadır.
Fuə və Kəfərya şəhərləri təqribən qırx min əhali ilə Türkiyə sərhədlərinin otuz kilometrliyində yerləşirlər.
Bu əhali uzun müddətdir ki, təkfirçilərin hücumlarına məruz qalır, amma beş ay bundan öncədən bu iki şəhərin terrorçular tərəfindən mühasirəsi şiddətlənib və hazırda bu şəhərlər tam mühasirədədirlər.
Fuə və Kəfərya şəhərləri hazırda kənar dünya ilə heç bir əlaqəyə malik deyillər və Suriya ordusunu vertolyotları bəzi vaxtlar bu iki məntəqəyə çörək yükləri çatdırırlar.
Teqlər