Bəhreynlilərin yeni aksiyası
Sen 03, 2015 14:48 Asia/Baku
Bəhreyn vətəndaşları həbsdə olan məktəbli və müəllimlərlə həmrəyliklərini bildirmək üçün aksiya keçiriblər.
Manama Post xəbər portalının məlumatına görə, Bəhreyn vətəndaşları çərşənbə günü axşam bu ölkənin müxtəlif məntəqələrində "Çörək və qələm" adlı aksiya keçirərək, Bəhreynli Müəllimlər Cəmiyyətinin sədri Məhdi Əbu Dib daxil olmaqla həbsdə olan məktəbli, müəllim və təhsil işçiləri ilə həmrəyliklərini elan ediblər.Aksiyaçılar bu ölkənin təhsil işçiləri daxil olmaqla həbsdə olan bütün şəxslərin yeni təhsil ili ərəfəsində azadlığa buraxılmalarını tələb ediblər.
Bəhreynli aksiyaçılar şüarlar verib, 2011-ci il 14 fevral inqilabının hədəflərinə sadiq olduqlarını və dinc xalq aksiyalarının Bəhreyn xalqının qanuni tələblərinin reallaşmasınadək davam etdirəcəklərini vurğulayıblar.
Bəhreyn vətəndaşları Əlbilad Əlqədim məntəqəsində də dinc aksiya təşkil edərək, Bəhreyn Milli Birlik İslami Cəmiyyətinin baş katibi Şeyx Əli Salman və Ali-Xəlifə rejiminin məhbəslərində saxlanılan digər siyasi fəallar ilə öz həmrəyliklərini elan edib, məhbusların azadlığa buraxılmaları və Ali-Xəlifə rejiminin özbaşına həbslərinə birdəfəlik son qoyulmasını istəyiblər.