Sionist qüvvələrin fələstinli balıqçılara basqını
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197306-sionist_qüvvələrin_fələstinli_balıqçılara_basqını
İşğalçı sionist rejim hərbçiləri bir daha Qəzzə zolağının şimalında fələstinli balıqçıların qayıqlarına basqın ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2015 14:08 Asia/Baku
  • Sionist qüvvələrin fələstinli balıqçılara basqını
    Sionist qüvvələrin fələstinli balıqçılara basqını

İşğalçı sionist rejim hərbçiləri bir daha Qəzzə zolağının şimalında fələstinli balıqçıların qayıqlarına basqın ediblər.

Quds Press-in fələstinli qaynaqlara istinadlı məlumatına görə, sionist rejim ordusunun hərbi qayıqları çərşənbə günü gecə Qəzzə zolağının şimalında, Sudaniyyə sahilləri yaxınlığında fələstinli balıqçıların qayıqlarına tərəf atəş açıblar. Bu atəşlərdən sonra balıqçılıq qayıqları məntəqəni tərk etməyə məcbur olublar.


Hələ bu hücumla bağlı ehtimal olunan bədən xəsarəti və ya tələfat barədə bir məlumat yayılmayıb.


İsrail rejiminin dəniz qüvvələri Qəzzə zolağının quru, dəniz və havadan mühasirəsinin davam etməsi istiqamətində daim fələstinli balıqçılara hücum edir, onların öz məişət ehtiyaclarını təmin etmələrinə mane olurlar.