BƏƏ-də 3 günlük matəm mərasimi
Sen 05, 2015 09:40 Asia/Baku
-
BƏƏ-də 3 günlük matəm mərasimi
Birləşmiş Ərəb Əmirlikləri Yəmənin Maarib vilayətinin mərkəzində bu ölkə hərbçilərindən onlarla nəfərinin həlak olması ardınca 3 günlük ümumi matəm mərasiminin keçirilməsinə əmr verib.
Sky News-un ərəb xidməti bir məlumatda qeyd edib: Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti cümə günü gecə bir bəyanatda bu ölkədə 3 günlük ümumi matəm mərasiminin keçirilməsinin zəruriliyini vurğulayıb.Bəyanatda bildirilib: Cümə günü Maarib vilayətindəki hücum əməliyyatı zamanı yaralanmış digər 23 hərbçinin həlak olması ilə bu ölkənin Yəməndəki hərbi tələfatının sayı 45 nəfərə çatıb.
Məzlum Yəmən xalqına qarşı ərəb ölkələri koalisiyasının təcavüzlərinə cavab olaraq cümə günü Yəməninin ordu və xalq qüvvələri ƏƏ hərbçilərindən 45 və Bəhreyn əsgərlərindən 5-i həlak ediblər. Bu əsnada Səudiyyə Ərəbistanı hərbçilərindən bir neçə nəfər həlak olub.
Səudiyyə Ərəbistanı ötən mart ayının 26-dan sırf Yəmənin fərarı və istefa vermiş prezidenti Mənsur Hadinin yenidən hakimiyyətə qaytarmaq məqsədi ilə ABŞ və Ərəb ölkələrdən bir qrupunun o cümlədən Ərəb Əmirlikləri və Bəhreynin himayəsi ilə Yəmənə qarşı geniş və hərtərəfli hücuma keçiblər.
Bu hücumlar nəticəsində bu günə kimi Yəmən vətəndaşlarından minlərlə nəfəri həlak olub və yaralanıb.
Teqlər