Sionist hərbçilərin fələstinlilərə qarşı hücumu davam edir
Sen 05, 2015 20:08 Asia/Baku
Sionist rejim hərbçiləri bir daha İordan çayının Qərb Sahilinin yaxınlığında Cenində bir neçə zona və qəsəbəni hücuma məruz ediblər.
Əl-Yom Əl-Sabe internet xəbər portalının yazdığına görə Sionist rejim əsgərləri bu gün Yəbod , Haşimiyyə , Kəfərqud, Zəbuba bölgələrinə basqın edərək orada fələstinlilərdən bir qrupunu döyüb və yaralayıblar. Sionist rejim əsgərləri bundan savayı bir neçə fələstinlini də həbs ediblər.Sionist rejim hərbçiləri həmçinin Ceninin yaxınlığında Yəbod qəsəbəsində qızlara aid bir məktəbə soxularaq orada məktəbliləri döyüb və yaralayıblar.
Eləcə də Ceninin qərbində Əl-Ərqə bölgəsində Sionist rejim qüvvələri ilə fələstinlilər arasında qarşı durma yaranıb.
Sionistlər fələstinlilərə qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.
Sionist rejim hərbçiləri Nablosda Fələstin vətəndaşı olan Şadi Əhməd Həsən Əbu Əyşəni şiddətlə döyüblər. yaralı şəxsin xəstəxanaya yerləşdirildiyi təsdiqlənib.
Nablosda Fələstin vətəndaşlarından daha iki nəfəri Sionist rejim qüvvələri tərəfindən həbs edilib.
Sionist rejim əsgərləri hər gün Fələstinin müxtəlif bölgələrinə basqın edir və fələstinlilərdən bir neçəsini şəhid edir və yaralayırlar. Bundan savayı bir neçə nəfəri də səbəbsiz yerə həbs edir və özləri ilə naməlum yerə aparırlar.
Sionist rejim-in qeyri standart dustaqlarında 6500-ə yaxın fələstinli əsir var.