BƏƏ-nin Yəməndəki itkiləri 70-dən yuxarıdır
Sen 06, 2015 05:21 Asia/Baku
-
BƏƏ-nin Yəməndəki itkiləri 70-dən yuxarıdır
Yəmən ordusu bu ölkənin Marəb vilayətində “ərəb koalisiyası” adlandırılan qüvvələrin bazasına qarşı son raket hücumunda Birləşmiş Ərəb Əmirlikləri qüvvələrinin tələfatını 75 nəfər elan edib.
Əlməyadin telekanalının məlumatına görə, Yəmən ordusunun sözçüsü Şərəf Qalib Loğman şənbə günü axşam bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri başçılarının yəmənli qüvvələrin son raket hücumunda həmin ölkənin qüvvələrinin tələfatını 45 nəfər elan etsə də, bu rəqəm 75 nəfərdir.Birləşmiş Ərəb Əmirlikləri bundan öncə cümə günü həyata keçirilmiş bu hücumda bu ölkə qüvvələrindən 45 nəfərin öldüyünü təsdiqləyərək, bütün ölkə boyu ümumi matəm elan etmişdi.
Yəmən ordusunun sözçüsü əlavə edib: Yəmənin Marəb vilayətindəki Safər bazasına qarşı hücumda Birləşmiş Ərəb Əmirlikləri qüvvələrindən əlavə, bəhreynli və ərəbistanlı qüvvələrdən də təqribən on nəfər öldürülübdür. />
Belə bir halda, Əlməsirə telekanalı xəbər verib: Səudiyyə qırıcıları şənbə günü axşam səkkiz dəfə Yəmənin Səədə vilayətindəki Əlzahir qəsəbəsinə hücum ediblər ki, bu hücumlar nəticəsində yəmənlilərin digər bir qrupu həlak olub və ya yaralanıbdır.
Bu telekanal əlavə edib: Düşmənin raket və artilleriya bölmələri şənbə günü axşam Səədə vilayətindəki Mənbə qəsəbəsində yerləşən Ali-Məqnə məntəqəsini hədəfə alıblar.
Teqlər