11 milyondan çox suriyalı bu ölkənin daxili və xaricində didərgin düşüb
Sen 06, 2015 09:54 Asia/Baku
Beşillik Suriya böhranı nəticəsində indiyədək bu ölkənin on bir milyondan çox vətəndaşı didərgin düşüb.
Əltəzamin informasiya agentliyi şənbə günü BMT-nin Mühacirlərin Məsələləri üzrə Ali Komissarlığına istinadla xəbər verib ki, 11 milyondan çox suriyalı 2011-ci ildən bəri terror qruplarının fəaliyyətlərinə görə, öz ölkəsinin daxili və xaricində didərgin düşüb.BMT-nin Mühacirlərin Məsələləri üzrə Ali Komissarlığının yeni statistikasına görə, dörd milyondan çox suriyalı didərgin qonşu ölkələrə sığınıbdır ki, onların əksər hissəsi Türkiyədə yaşayır.
Türkiyə hazırda təqribən iki milyon, Livan təqribən bir milyon 114 min, İordaniya 629 mindən çox, İraq 250 minə yaxın, Misir 132 mindən yuxarı və Afrikanın şimalındakı ölkələr də 24 mindən çox suriyalı didərginə malikdirlər.
Təqribən 7 milyon 200 min suriyalı da öz ölkəsi daxilində didərgin olub.