BƏƏ xalqı Yəmən müharibəsinə qarşı aksiya keçirib
Sen 06, 2015 13:30 Asia/Baku
-
BƏƏ xalqı Yəmən müharibəsinə qarşı aksiya keçirib
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları ölkələrinin Yəmən müharibəsində iştirakına etirazda aksiya keçiriblər.
Əl-İtticah Press xəbər portalının məlumatına görə, ilk dəfədir ki, Birləşmiş Ərəb Əmirlikləri xalqı geniş aksiya keçirərək, bu ölkənin başçılarından Yəməndə müharibəyə son qoymalarını istəyib.Aksiyaçılar döyüşmək üçün bu ölkədən Yəmənə hərbçilərin göndərilməsini pisləyərək, Ali-Nəhyan xanədanından istəyiblər ki, Birləşmiş Ərəb Əmirlikləri hərbçilərini Yəməndən çıxarsın.
Birləşmiş Ərəb Əmirliklərindəki xəbər portalları da bu ölkədən Yəmənə hərbçilərin göndərilməsini tənqid edərək, Yəmən ordusunun Marəb vilayətindəki Safər bazasına qarşı raket hücumunda onlarla Birləşmiş Ərəb Əmirlikləri hərbçisinin ölməsini "qara cümə" adlandırıblar.