Sen 07, 2015 16:45 Asia/Baku
  • Bəhreyndə həbslər prosesinin şiddətlənməsindən nigaranlıq edilib
    Bəhreyndə həbslər prosesinin şiddətlənməsindən nigaranlıq edilib

Bəhreyn İnsan Haqları Mərkəzi bu ölkədə məktəblilərin həbsi prosesinin şiddətlənməsindən nigaranlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Bəhreyn İnsan Haqları Mərkəzi verdiyi hesabatda ötən iki həftə ərzində Bəhreynin aidiyyətli rəsmiləri tərəfindən 18 yaşdan aşağı 10 uşağın həbs olunduğuna toxunaraq bildirib: Hazırda yüzlərlə uşaq dərslərdə iştirak etmək yerinə Ali-Xəlifənin həbsxanalarındadır və təhsili davam etdirməkdən məhrumdur.


Bəhreyn İnsan Haqları Mərkəzi yeni təhsil ilinin başlanması ilə bir vaxtda ictimai şəbəkələrdə kampaniya başladı. Bu kampaniya uşaqların həbslərdən azad olunmasını və onların təhsili davam etdirmələrinə şəraitin yaradılmasını istəyir.


Çoxlu sayda Bəhreyn vətəndaşı, o cümlədən məktəblilər və tələbələr 2011-ci ilin fevral ayından Ali-Xəlifə rejiminə qarşı keçirilən dinc aksiyalarda iştirak etmək ittihamı ilə həbsə məhkum olunub.


Bəhreyn vətəndaşları ictimai ədalətin icra olunması və real seçkilərin keçirilməsi yolu ilə bir quruluşun iqtidara gəlməsini tələb edirlər.

Teqlər