Ərəbistanın Yəmənə hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197439-Ərəbistanın_yəmənə_hava_hücumları_davam_edir
Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2015 09:29 Asia/Baku
  • Ərəbistanın Yəmənə hava hücumları davam edir
    Ərəbistanın Yəmənə hava hücumları davam edir

Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam etməkdədir.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri çərşənbə axşamı günü Yəmənin cənubunda yerləşən Təiz vilayətinin əl-Məxa şəhərinə hücum edərək 12 yanacaq və ərzaq maddələri daşıyan tanker və yük maşınını hədəfə alıblar. Nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.


Səudiyyə qırıcı təyyarələri həmçinin əl-Məxa şəhərinə hücumda bir neçə evi də bombalayıblar.


Yəmən paytaxtı Sənanın əl-Həfa, əl-Nəhdeyn və Əttan bölgələri də Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin hücumuna məruz qalıb. Nəticədə bir qrup Yəmən vətəndaşı həlak olub.


Yəmənin mərkəzində yerləşən Marib vilayətində də bir neçə yaşayış massivi Ərəbistan qırıcılarının hücumuna məruz qalıb.


Digər tərəfdən Yəmənin ordu və xalq qüvvələri də Ərəbistanın hücumlarının davam etməsinə reaksiya olaraq əl-Məmud bazasını raketlə atəşə tutublar. Nəticədə nəzarət qülləsi və 3 Ərəbistan hərbi avtomobili məhv edilib və bir neçə ərəbistanlı hərbçi öldürülüb.


Ərəbistanın Əsir vilayətinin Zəhran şəhərində yerləşən Ələb məntəqəsindəki əl-Həzir hərbi bazası da yəmənlilər tərəfindən raketlə atəşə tutulub.


Cizan vilayətinin əl-Rədif hərbi bazasında da Ərəbistanın bir zirehli avtomobili məhv edilib və onun bütün sərnişinləri öldürülüb.