Səudiyyəli qırıcılar Yəməndə yaşayış massivlərinə hücum ediblər
Sen 09, 2015 05:43 Asia/Baku
-
Səudiyyəli qırıcılar Yəməndə yaşayış massivlərinə hücum ediblər
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmən vətəndaşlarına qarşı təcavüzkarlıqlarının davamında bu dəfə gecənin qaranlığında Yəmən paytaxtı Sənada iki ailə onların hücumuna məruz qalıb və ailə üzvləri həlak olublar.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, bu təcavüzkar hücumlarda 4 uşaq və üç qadın da həlak olub.Bu məlumata görə, Ali-Səud rejimi qırıcı təyyarələrinin əl-Nəhzə və Şəmlanda yaşayış massivlərinə hücumunda 3 nəfər həlak olub və bir qrup da yaralanıb.
Həmin yaşayış mənzillərindən birinin sahibi Şeyx Məhəmməd Məhəmməd Ayiz əl-Məsirə telekanalı müxbiri ilə müsahibədə deyib: Biz nə Ərəbistanın qırıcı təyyarələrindən, nə də səudiyyəlilərlə müttəfiq olan ölkələrdən qorxuruq.
O əlavə edib: Əgər bütün dünya ölkələri Ərəbistanla birlikdə Yəmənə qarşı döyüşərlərsə, bilməlidirlər ki, Allah bizimlədir.
Teqlər