Yəmən ordusu: Gələn günlərdə təcavüzkarlara sürpriz edəcəyik
Sen 09, 2015 09:32 Asia/Baku
-
Yəmən ordusu: Gələn günlərdə təcavüzkarlara sürpriz edəcəyik
Yəmən ordusunun sözçüsü Yəmənə təcavüz edən koalisiyaya xəbərdarlıq edib ki, Yəmən ordusu qüvvələri onlara gələn günlərdə sürpriz edəcəklər.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, mayor Şərəf Loğman bildirib: Yəmən ordusu və xalq qüvvələri ən ağır ehtimallar üçün ssenarilər hazırlayıblar və Yəmənə qarşı təcavüzün başlandığı zamandan qüvvələr və silahlarla əlaqədar yenidən hərbi düzülüşü tətbiq etmişik.Loğman əlavə edib: Hərbi qüdrət tarazlığı bizim xeyrimizə deyil. Lakin Yəmən ordusu və xalq qüvvələrinin taktikaları təcavüzkarların üstünlüyünü məhv edib.
Yəmən orsusu son vaxtlar Səudiyyə Ərəbistanı və müttəfiqlərinin 6 aylıq cinayətinə reaksiyada Marib vilayətində təcavüzkarların hərbi bazasına ballistik raket atdı. Yəmən mənbələrinin bildirdiyinə görə bu hücum nəticəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin ən azı 300 hərbçisi öldürülüb.
Teqlər