Livanlı etirazçılar aksiyaya başladılar
Sen 09, 2015 15:06 Asia/Baku
-
Livanlı etirazçılar aksiyaya başladılar
Livanın xəbər mənbələri tullantı böhranının davam etməsinə etiraz olaraq livanlıların aksiyaya başlamalarından xəbər veriblər.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, livanlıların bugünkü aksiyası Livan baş naziri Tamam Salamın parlamentdə və bəzi siyasi şəxsiyyətlərin iştirakı ilə parlamentdə fraksiyaların başçılarının danışıqlara başlaması ilə üst-üstə düşüb.Bu məlumata görə, Livan vətəndaşları öz aksiyalarının əsas məqsədini danışıqlar iclasına qarşı çıxmaq adlandırıblar.
Livan təhlükəsizlik qüvvələri gərginliyin yaranmasının qarşısını almaq üçün Nümayəndələr Məclisinin ətrafında fövqəladə təhlükəsizlik tədbirləri görüb və siyasi şəxsiyyətlərin parlamentə daxi olması üçün xüsusi yol ayırıblar.
Livan son həftələrdə prezidentin seçilməsi üzrə siyasi qrupların anlaşa bilməməsi səbəbi ilə iqtisadi problemlər, tullantı böhranı və firqə ixtilaflarına görə ictimai etirazlarla üzləşib.