Sen 11, 2015 10:16 Asia/Baku
  • Fələstin bayrağının BMT-də və dünyada yüksəldilməsi qətnaməsi təsdiqlənib
    Fələstin bayrağının BMT-də və dünyada yüksəldilməsi qətnaməsi təsdiqlənib

Fələstin bayrağı BMT-nin təsisindən keçən 70 ildə ilk dəfə olaraq bu təşkilatın qərargahı və onun aidiyyətli bütün qurumlarında yüksələcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, BMT Baş Assambleyası cümə axşamı günü bir qətnamə təsdiqləyərək dünyanın 50-dən artıq ölkəsinin təsisçisi olduğu "BMT-nin strukturunun güclənməsi" məsələsi ilə BMT-nin Nyu-Yorkdakı əsas qərargahı və bu təşkilatın digər qurumlarında Fələstin bayrağının sancılmasını vurğulayıb.


Bu qətnamə iki həftə sonra 25 sentyabrda dünya ölkələrinin dövlət başçılarının iştirakı ilə keçiriləcək BMT Baş Assambleyasının 70-ci iclası ərəfəsində 50-dən artıq ölkə, o cümlədən İran İslam Respublikası tərəfindən təklif olunmuş və 119 lehinə, 8 əleyhinə və 45 bitərəf səslə təsdilənmişdir.


Bu qətnamədə bildirilib: Fələstinin 2012-ci il 29 noyabrda BMT Baş Assambleyasında qətnamənin təsdiqlənməsi ilə bu təşkilata qeyri-üzv müşahidəçi kimi seçilməsini nəzərə alaraq bu ölkənin bayrağı təşkilatın əsas qərargahında digər üzv ölkələrin bayraqlarının kənarında sancılmalıdır.


ABŞ və Kanada və sionist rejim bu qətnamənin təsdiqlənməsinə qarşı çıxıblar.


Sionist rejimin BMT-dəki nümayəndəsi Ran Proser bu qətnamə təsdiqləndikdən sonra fələstinlilərin uğurundan kəskin narazılıq edərək deyib: Belə qətnamənin təsdiqlənməsində əsas məqsəd yalnız əks tarixi götürməkdir.

Teqlər