Qəzzə zolağının yeganə keçidi bağlanıb
Sen 11, 2015 10:19 Asia/Baku
Sionist rejim Qəzzə zolağının yeganə ticarət keçidi olan Kərəm Əbu Salim keçidini yəhudilərin bayramı bəhanəsi ilə bağlayıb.
Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Kərəm Əbu Salim keçidinin fələstinli hissəsinin rəhbəri Munir əl-Qəlban deyib: Sionist rejim başçıları yəhudilərin bayramı bəhanəsi ilə cümə günündən 5 gün müddətinə Kərəm Əbu Salim keçidini bağlayıblar.Əl-Qəlban həmçinin bu keçidin fəaliyyətinin dayandırılmasının Qəzzənin yeganə elektrik stansiyası üçün yanacağın çatdırılması, eləcə də istifad olunan qaz və digər ehtiyac duyulan vasitələrin nəql olunmasına mənfi təsiri barədə xəbərdarlıq edib və deyib: Kərəm Əbu Salim keçidinin fəaliyyətinin dayandırılması Qəzzədə mühasirədə qalanların problemlərinin daha da artmasına səbəb olacaq.
Bu çərçivədə Qəzzənin enerji idarəsi bir bəyanat verərək bildirib ki, Kərəm Əbu Salim keçidinin bağlanması yanacaq çatışmazlığı və bu bölgənin elektrik sistemində problem yaradacaqdır.
Kərəm Əbu Salim keçidi Qəzzə zolağının yeganə ticarət keçididir. Sionist İsaril rejimi başçıları məhsulların bu keçidlə Qəzzə zolağına daxil olmasına icazə verirlər.
2006-cı ildə parlament seçkilərində Fələstin İslami Müqavimət Hərəkatı Həmasın qələbə çalmasından sonra sionist rejim bu bölgənin 4 keçidinin fəaliyyətini dayandırıb və yalnız Kərəm Əbu Salim və Beyt Hanun keçidlərini gediş-gəliş üçün açıq qoyub.