Ərəbistan muzdlularının mövqeyi Yəməndə bombardman edildi
Sen 12, 2015 10:09 Asia/Baku
-
Ərəbistan muzdlularının mövqeyi Yəməndə bombardman edildi
Yəməndə xalq müqavimət qüvvələri Ərəbistan muzdluları və əl-Qaidə terrorçularının Məarib vilayətindəki mövqelərini bombardman ediblər.
Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq müqavimət qüvvələri şənbə günü Məarib vilayətində əl-Qaidə terrorçuları və Ərəbistan muzdlularının mövqelərini bombardman ediblər. Nəticədə onlarla nəfər həlak olub, 25 nəfər isə yaralanıb.Əl-Qaidə terrorçuları və Ərəbistan muzdluları ötən 6 ayda Ərəbistanın Yəmənə olan təcavüzləri zamanı birbaşa olaraq Ərəbistandan silah və maliyə dəstəyi alaraq, gücləniblər.
Başqa bir məlumata görə, Ərəbistan qırıcılarının hücumları zamanı Təiz vilayətində bir yaşayış binası hədəfə alınıb. Nəticədə 11 nəfər həlak olub.
Ərəbistan qırıcıları həmçinin Yəmənin qərbində yerləşən Hüdəydə limanını 5 dəfə bombardman ediblər. Bu hücumlar zamanı liman infrastrukturlarına ciddi zərər və ziyanlar dəyib.
Həmçinin, Ərəbistan qırıcılarının Yəmənin Sədə vilayətində, Qarə və Məcəz şəhərlərinə olan hücumlarında biri qadın və ikisi uşaq olmaqla 3 nəfər həlak olub.
Teqlər