Ərəbistanın Rəbuə məntəqəsi Yəmən ordusunun nəzarəti altında
Sen 13, 2015 06:56 Asia/Baku
-
Ərəbistanın Rəbuə məntəqəsi Yəmən ordusunun nəzarəti altında
Yəmən mənbələri ordu və xalq qüvvələrinin Ərəbistanın Rəbuə məntəqəsinə nəzarəti ələ keçirdiklərindən xəbər veriblər.
Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, ordu və xalq qüvvələri Ərəbistanın Yəmənə qarşı təcavüzlərinə cavab olaraq, Ərəbistanın cənubunda, Rəbuə məntəqəsindəki Qəşbə, Həsən , Vəfaya və Səhvə hərbi bazalarına nəzarəti ələ keçiriblər.Bu əməliyyat zamanı bir qrup Ərəbistan hərbçisi öldürülüb.
Yəmənli qüvvələr həmçinin Ərəbistana məxsus 17 hərbi maşını məhv ediblər.
Bir yəmənli hərbi mənbənin bildirdiyinə görə, ordu və xalq qüvvələri Rəbuədə dövlət idarəsi binalarına yaxınlaşıblar.
Yəmənli qüvvələr həmçinin, Nəcran vilayətində Ərəbistanın hərbi maşınları və təchizatlarını atəşə tutublar.
Həmçinin, yəmənli qüvvələr Ərəbistanın Əl-Dud və Cəlah məntəqələrindəki hərbi istehkamlarını dağıdıblar.
Teqlər