Sen 13, 2015 14:06 Asia/Baku
  • Milyonlarla suriyalı didərgin düşə bilər
    Milyonlarla suriyalı didərgin düşə bilər

BMT-nin humanitar məsələlər üzrə koordinatoru Suriyada gedən müharibənin durdurulmayacağı təqdirdə milyonlarla insanın didərgin düşəcəyini bildirib.

BMT-nin humanitar məsələlər üzrə Suriyadakı daimi koordinatoru Yaqub Hulu Röyters ilə müsahibədə 2015-ci ilin əvvəlindən indiyə kimi 1 milyondan çox suriyalının öz yaşayış yerindən didərgin düşməsinə işarə edərək, deyib: Əgər Suriyada müharibə bu şəkildə davam edərsə, daha 1 milyon nəfər didərginlər sırasına qoşulmuş olacaq.


Yaqub Hulu dünya ictimaiyyətinin didərginləri himayə etməsini istəyib və suriyalıların ölkə daxilində saxlanılmasına səy göstərilməsini vurğulayıb.


BMT rəsmisi 2-ci dünya müharibəsinin sonunda BMT-nin didərginlər üzrə Ali Kamisarlığının təsis edilməsinə işarə edərək, Suriyada müharibənin davam edəcəyi təqdirdə Avropanın 1950-ci illərdə olduğu kimi didərgin böhranı ilə üzləşəcəyini proqnoz edib.


Suriyada beynəlxalq terrorçuların bu ölkə xalqı və dövlətinə qarşı savaşı artıq 5 ildir ki, davam edir. İndiyə kimi 10 minlərlə nəfər həlak olub, milyonlarla nəfər isə didərgin düşüb.


Bu müddət ərzində Suriya əhalisinin təqribən yarısı qaçqın və didərgin durumuna düşüb. 4 milyondan çox suriyalı qonşu ölkələrə sığınıb.

Teqlər